21.6 C
Bakı
28 İyun 2026 10:51
Dünya

Ermənistanın TIR ŞOUSU – “Məqsəd yardım göndərməkdirsə, niyə qısa yoldan imtina edir?”

 

“Ermənistanın TIR şousu davam edir. Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir. Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputatın sözlərinə görə 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur:

“Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhfə baxımdan da vacibdir.

Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?”, – deyə Vüqar Bayramov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstanda MSK sədrinin üzünə qara boya atdılar – Video

redaktor

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa…

admin

Nüvə müharibəsi hər gün başlaya və o ölkəni MƏHV EDƏ BİLƏR

redaktor