27 C
Bakı
29 Sentyabr 2026 12:47
Hadisə

Rəşad Dağlı məhkəmədə – YENİ FOTO

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.

Hazırda prosesdə Rəşad Dağlı son söz deyir.

Qeyd edək ki, ötən prosesdə prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Rəşad Dağlı məhkəmədə - YENİ FOTO

Oxşar xəbərlər

Üç ABŞ senatoru: “Siyasi məhbusların azadlığı Bakı ilə tərəfdaşlığın şərti olmalıdır”

admin

Əvəz Zeynallının faciəsi: Gecikmiş diaqnozun ağır nəticəsi

redaktor

Qazaxstanda bu gün matəm elan edilib

redaktor