25 C
Bakı
23 Avqust 2026 03:47
Gündəm

Xristian kişi Quranı yandıran şəxsə məhsul satmaqdan imtina etdi – VİDEO

İraqda xristian satıcı İsveçdə Quranı yandıran şəxsə məhsul satmaqdan imtina edib.

Tacxeber.com xəbər verir ki, satıcı Quraı yandıran Salvan Momikaya islamı təhqir etdiyi üçün məhsul satmaq istəmədiyini söyləyib. O isə kameranı qoşaraq həmin anları videoya alıb.

Sözügedən video sosial şəbəkələrin Türkiyə seqmentində paylaşılıb.

Həmin dialoqu təqdim edirik:

– Quranı yandırdığım üçün mənə heç nə satmaq istəmirsən, elədir?

– Sənə bir şey satmaq istəmirəm.

– Yaxşı. Bəli, kola almaq istəyirdim. Oradakı şəxs Quranı yandırdığım üçün satmaq istəmədi.

– Bu formada danışa bilməzsən. Mən də sənin kimi iraqlı xristianam.

– Məni maraqlandırmır.

– Mən də bir xristianam, amma sən insanlara hücum etməklə ayıb edirsən.

– Məni maraqlandırmır.

– Mən almaq istədim, “Quranı təhqir etdiyin üçün satmaram” dedin.

– Bəli, çünki islamı təhqir etdin.

– Sənə dəxli yoxdur.

– Mən bir xristianam, amma islamı təhqir etməyini qəbul etmirik.

– Səni maraqlandırmır.

– Xeyr, məni də maraqlandırır.

– Belə danışma, bir az utan.

– Sənə dəxli yoxdur. Vəkil deyilsən.

– Şərəfli insanlar haqqında bu cür danışa bilməzsən.

– Mən kola almaq istədim, sən də satmadın.

Qeyd edək ki, İraq əsilli 37 yaşlı Salvan Momika İsveçin paytaxtı Stokolmda Quranı yandırmışdı. Onun Quranı yandırdıqdan sonra mətbuata verdiyi açıqlamada özünü “ateist” adlandırdığı bildirilir.

Oxşar xəbərlər

Pol Pot – XX əsrin ən qanlı diktatorlarından biri və ya birincisi

admin

Rusiyada buğda ixracı son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

admin

Rusiya Ukraynada soyqrım həyata keçirir, dünya susur

redaktor