Dünya

İsraildə etirazlar səngimir — VİDEO

İsraildə bazar ertəsi Knessetin (parlament) məhkəmə sisteminin transformasiyası layihəsi çərçivəsində ilk qanunu təsdiqləməsindən sonra etirazlar davam edir.

Məlumata görə, etirazçılar Qüdsün şimalından cənubuna uzanan əsas magistral yolu bağlayıblar.

Həmçinin, Ali Məhkəmənin binası yaxınlığında məhkəmə islahatları əleyhinə olanların mitinqi keçirilir. Minlərlə etirazçı hökumət əleyhinə şüarlar səsləndirir və hakim koalisiyanın siyasətinə qarşı çıxır.

Fəallar bütün İsraili yaxın saatlarda etiraz aksiyasına qoşulmağa çağırırlar.

Xatırladaq ki, bazar ertəsi Knesset üzvləri məhkəmə islahatları çərçivəsində birinci qanunu yekun oxunuşda təsdiqləyiblər. Sənəd 120 yerlik qanunvericilik məclisinin hakim koalisiyanı təmsil edən 64 deputatının səsini toplayıb, müxalifət parlamentariləri isə iclas zalını tərk edərək həlledici səsverməni boykot ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir

redaktor

İspaniyanın qələbə qolunu vurduğu üçün vətəni İspaniyada satqın elan olundu.

admin

İstanbulda əməliyyat: “Şotland dəstəsi” ələ keçirildi

admin