Dünya

İsraildə etirazlar səngimir — VİDEO

İsraildə bazar ertəsi Knessetin (parlament) məhkəmə sisteminin transformasiyası layihəsi çərçivəsində ilk qanunu təsdiqləməsindən sonra etirazlar davam edir.

Məlumata görə, etirazçılar Qüdsün şimalından cənubuna uzanan əsas magistral yolu bağlayıblar.

Həmçinin, Ali Məhkəmənin binası yaxınlığında məhkəmə islahatları əleyhinə olanların mitinqi keçirilir. Minlərlə etirazçı hökumət əleyhinə şüarlar səsləndirir və hakim koalisiyanın siyasətinə qarşı çıxır.

Fəallar bütün İsraili yaxın saatlarda etiraz aksiyasına qoşulmağa çağırırlar.

Xatırladaq ki, bazar ertəsi Knesset üzvləri məhkəmə islahatları çərçivəsində birinci qanunu yekun oxunuşda təsdiqləyiblər. Sənəd 120 yerlik qanunvericilik məclisinin hakim koalisiyanı təmsil edən 64 deputatının səsini toplayıb, müxalifət parlamentariləri isə iclas zalını tərk edərək həlledici səsverməni boykot ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Gecə saatlarında şiddətli atışma başladı: çox sayda ölü var – İRANDA NƏ BAŞ VERİR ?

admin

Quranın yandırılması qanunsuz deyil – Stoltenberq

redaktor

Ərdoğan Almaniya prezidentinə: İsrailin Fələstinə hücumlarına son qoyulmalıdır

redaktor