16 C
Bakı
03 Oktyabr 2026 17:53
Cəmiyyət

Söyüdlüdə xəstələnmə halları tullantılara görədir? – Nazirdən açıqlama

 

“Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib”.

Tacxeber.com xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

“Xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır. Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib”, – o, əlavə edib.

Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.

Tacxeber.com

Oxşar xəbərlər

Hicab mübahisəsi: qızlarımızın təhsili və seçim azadlığı

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin