16 C
Bakı
03 Oktyabr 2026 16:08
Dünya

Sosial şəbəkələrin sahibi öz uşaqlarının üzünə niyə smaylik qoyub paylaşır?

 

“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin instaqram hesabında paylaşdığı fotoda uşaqlarının üzünü gizlətməsi insanlar tərəfindən narahatlıqla qarşılanıb.

Tacxeber.comxarici mətbuata istinadən xəbər verir ki, zukerberqin bu davranışı bir sıra konspiroloji nəzəriyyələrin ortaya atılmasına səbəb olub.

Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri paylaşılan uşaq şəkillərinin “Dark Web”ə yükləndiyini iddia ediblər.

Mütəxəssislər uşaqların şəkillərinin heç vaxt paylaşılmaması lazım olduğunu bildiriblər. Bu da insanlar arasında sosial şəbəkələrin məxfiliyi ilə bağlı narahatlıq doğurub.

Qeyd edək ki, “Dark Web”in (qaranlıq şəbəkə) qaranlıq tərəfi qara bazar rolunda çıxış etməsidir. Burada hər nə desən, istənilən qaçaqmalı, oğurlanmış əşyanı və ya qanunsuz əldə edilmiş informasiyanı və s. alıb satmaq olar. Narkotiklər, silah, oğurlanmış kredit kart nömrələri, müxtəlif pornoqrafiya, çirkli pulların yuyulması, hətta qatil tutulması – hamısı “Dark Web”dədir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb etdi

redaktor