24 C
Bakı
28 Sentyabr 2026 22:20
Dünya

Türkiyə razılaşma şərtini pozdu – Kreml

 

“Azov” rəhbərlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin pozulmasıdır.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”, – Peskov bildirib.

Kreml sözçüsü əlavə edib ki, “Azov” batalyonunun rəhbərlərinin Türkiyədən Ukraynaya köçürülməsi barədə Rusiyaya heç kim məlumat verməyib:

“Bu barədə bizə heç kim məlumat verməyib. Razılaşmaların şərtlərinə görə, “Azov” liderləri münaqişə bitənə qədər Türkiyə ərazisində qalmalı idilər”.

Qeyd edək ki, Türkiyədən səfərdən geri qayıdan Ukrayna lideri Vladimir Zelenski Mariupolu müdafiə edən əfsanəvi “Azov” batalyonunun rəhbərlərini özü ilə Ukraynaya apardığını elan edib. Şərtlərə görə isə əsirlikdən azad edilən azovçular müharibə bitənə qədər Türkiyədə qalmalı idi.  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor