8 C
Bakı
09 Fevral 2026 14:46
Dünya

“Biz mütləq qalib gələcəyik” – Zelenski İlan adasında (VİDEO)

 

“Biz mütləq qalib gələcəyik” - Zelenski İlan adasında (VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına səfər edib.

Tacxeber.com Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər dövlət başçısının teleqram kanalında paylaşılıb.

Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: “Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur! Biz mütləq qalib gələcəyik”.

Dövlət başçısını müşayiət edənlər arasında Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak da olub.

Xatırladaq ki, Qara dənizdə yerləşən Ukraynaya məxsus İlan adası Rusiyanın Ukraynaya hücumunun ilk günlərində tutulmuşdu. 2022-ci ilin iyun ayında isə ada Ukrayna qüvvələri tərəfindən azad olunub.


Oxşar xəbərlər

Dünyanın ən varlı adamı günə 1 dollar xərcləyir – MARAQLI FAKTLAR

redaktor

Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb – FOTO/VİDEO

redaktor

“Tramp komandası Rusiyanı sülhə məcbur etmək üçün iki strategiya hazırlayır” – “Bloomberg”

admin