23.2 C
Bakı
15 İyun 2026 13:40
Dünya

Zelenski Bolqarıstan prezidentinin təklifinə emosional cavab verdi – VİDEO

 

“Biz normal həyatımızı bərpa etmək istədiyimiz üçün mübarizə aparırıq. Əgər biz döyüşmək istəsəydik, Rusiya ərazisində olardıq”.

Bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna Prezidenti Bolqarıstana səfəri çərçivəsində bu ölkənin başçısı Rumen Radevlə hərbi yardımla bağlı mübahisə edib və onu Rusiyayönlü mövqeyinə görə tənqid edib.

V. Zelenski Rumen Radevi müharibə əvəzinə “konflikt” sözünü işlətdiyinə görə də tənqidə məruz qoyub.

V.Zelenski həmçinin Bolqarıstan Prezidentinin müharibənin “diplomatik həll” təklifini rədd edib.
Ukrayna lideri söyləyib ki, hazırda ən yaxşı çıxış yolu Kiyevə hərbi yardım göstərməkdir.

“Əks təqdirdə müharibə sizin evinizə gələcək”, – Zelenski emosional tərzdə vurğulayıb.

 

Oxşar xəbərlər

Evin qapısından yemək oğurlayan ayı kameraya düşdü – VİDEO

redaktor

Prezidentin köməkçisi təyin olunan şəxs kimdir? – DOSYE

redaktor

Türkiyəli geologiya mühəndisi xəbərdarlıq etdi: “Təhlükənin ən böyük olduğu yerlərdən biri…” – FOTO

redaktor