Hadisə

Elvin Mahmudzadə saxlanıldı

 

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün ərzində onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Meloni bu sözlərinə görə imamı İtaliyadan qovdu

admin

Özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın etdilər

redaktor

Bakıda oxuduğu mikrofonla müğənninin burnunu sındırıblar

redaktor