28 C
Bakı
12 Avqust 2025 18:55
İdman

Mourinyo 30 milyon avroluq təklifi rədd etdi

 

Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu “Roma”nı çalışdıran Joze Mourinyonu baş məşqçi postuna gətirmək istəyir.

Ərəblər portuqaliyalı mütəxəssisə rəsmi təklif göndərib. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Mourinyo Asiya təmsilçisinin illik 30 milyon avroluq təklifini rədd edib. 60 yaşlı məşqçi “Roma”da qalaraq işinə davam etmək istədiyini bildirib.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından “Roma”nı çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında 2022-ci ildə Konfrans Liqasının qalibi olub, 2023-cü ildə isə Avropa Liqasında final oynayıb. (Sportal)

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycan futbolunda daha bir İLK YAŞANACAQ

redaktor

190 milyon dollarlıq döyüşdə Aleksandr Usik Fyurini məğlub etdi.

admin

41 yaşlı İbrahimoviç Azərbaycana qarşı oynayacaq?

redaktor