20 C
Bakı
10 Oktyabr 2026 17:13
Dünya

“Şoyqu istefaya göndəriləcək, yerinə…”

“Vaqner” qrupunun iyunun 23-24-də Rusiyadakı hərbi qiyamı Rusiya qoşunlarının Ukraynadakı hücum və müdafiə əməliyyatlarına ciddi təsir göstərməyib.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Döyüşlər bütün cəbhə xətti boyunca davam edir, Rusiya qüvvələri Baxmut yaxınlığında son bir neçə günlə müqayisədə nisbətən daha çox quru hücumları keçirib. Eyni zamanda, bəzi rus mənbələri iddia edirlər ki, Ukraynanın son günlərdəki bəzi uğurları Rusiyadakı hərbi qiyama görədir.

ISW “Vaqner” lideri Yevgeni Priqojinlə Kreml arasındakı razılaşmanın Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi üçün mümkün nəticələrinə diqqət çəkib. Bəzi mənbələrə görə, Kreml Priqojinlə razılaşma çərçivəsində Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsini nəzərdən keçirə bilər.

“Rusiya mənbələri Tula vilayətinin hazırkı qubernatoru, Putinin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı və Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri Aleksey Dyuminin Şoyqunu müdafiə naziri kimi əvəz edə biləcəyini ehtimal edir, Amma ISW bu fərziyyələri təsdiqləyə bilmir”, – təhlildə vurğulanır.

Tacxeber.com

Oxşar xəbərlər

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor