26 C
Bakı
21 Avqust 2026 23:03
Dünya

“Vaqner”çilər öz düşərgələrinə geri dönürlər: Priqojindən açıqlama

 

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin kolonun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, bunu XHŞ-nin rəhbəri özünün teleqram kanalında bildirib.

O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdır.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türk Dövlətləri Təşkilatı (TDT) məkanında ticarət, iqtisadi əlaqələr dinamikasi necə dəyişir?

redaktor

Talibanın hakimiyyətdə 5 ili: Qələbədən təcridə gedən yol

redaktor

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

redaktor