26 C
Bakı
27 Sentyabr 2026 15:55
DünyaGündəm

Üsyana cəhdlə bağlı gecə-gündüz Putinə hesabat verilir – Peskov

Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası gecə-gündüz Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, güc strukturları görülən tədbirlər barədə daim ölkə başçısına məlumat verir.

Qeyd edək ki, bundan əvvəl Yevgeni Priqojinin teleqram kanalında bir neçə səs yazısı yerləşdirilmişdi. O, bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırıb. Y.Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirib.

Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor