24.1 C
Bakı
28 İyun 2026 19:06
Cəmiyyət

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi

 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Seymur Qaraşovu yeni vəzifəyə təyin edib.

Trend-in əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Fövqəladə halları xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Seymur Qaraşov bundan əvvəl Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı. Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Qeyd: Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

 Tacxeber.com

Oxşar xəbərlər

Ülviyyə Əli həbsdən yazır:”Residivizm: Həbsxana islah edirmi?”

admin

10-a yaxın icra başçısı işdən çıxarılır – ADLAR

admin

Etdiyiniz oğurluğa gülünc ad qoymusunuz. ,,Dəmir qaba olar, plasmas yox,,

admin