Siyasət

Erməni general: “Hərbi əməliyyatlar olacaq”

 

“Ermənistan-Azərbaycan sərəhədində yaranmış durum və Laçın sərhəd buraxılış-nəzarət məntəqəsinin bağlanması növbəti hərbi əməliyyatların olacağından xəbər verir”.

Tacxeber.com xəbər verir ki, belə bir iddia ilə “hraparak”a müsahibəsində Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general-mayor Tiran Xaçatryan çıxış edib.

“Onlar da bundan sonrakı hərəkətlərə zəmin yaratmağa hazırlıqdır. Bunu birbaşa müşahidə etmək olar.  Bu həm də birbaşa təzyiq göstərmək üsuludur. Sadəcə, şahmat dili ilə desək, təəssüf ki, istər Azərbaycan, istərsə də bizim iqtidarlar müəyyən kombinasiyalar edirlər. Nəsə ediblərsə, növbətisini proqnozlaşdırmaq olar. Növbəti addımları atıb hərəkətə keçmək üçün zəmin hazırlayırlar”, – erməni general deyib.

“Ermənistan tərəfi reaksiya versə, Azərbaycan tərəfi hərbi addım atacaq” sualına gəldikdə Xaçatryan deyib ki, nə edəcəyini deyə bilmərəm, amma hərbi əməliyyatlar aparacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Moskva–Yeni Dehli xətti: strateji yaxınlaşma və balans siyasəti

redaktor

ABŞ, Çin və Rusiya arasında İran üzərindən geosiyasi qarşıdurma

redaktor

“Çubuq sizdədir, bəs top…?” – Hakan Fidandan ABŞ-yə CAVAB

admin