31 C
Bakı
21 Avqust 2026 16:15
Sağlamlıq

Xərçəng xəbərdarlığı: “Cərrahiyyədə sterilizasiyada istifadə etdiyimiz şüaları insanlar Günəş altında alırlar”

 

“Çimərliklərə səhər saatlarında 11:00-a qədər, ya da 16:00-dan sonra gedilməsi məsləhətdir”. Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

O bildirib ki, Günəş şüalarının müsbət təsiri ilə yanaşı, fəsadları da var:

“Əvvəl deyirdilər ki, Günəşin yalnız A və B ultrabənövşəyi şüaları Yer üzünə gəlib çatır. Amma son dövrlərdə sübuta yetirilib ki, günəşin S ultrabənövşəyi şüaları da planetimizə çatır. Aydınlaşdırmaq üçün qeyd edim ki, S ultrabənövşəyi şüalarından biz cərrahiyyə otaqlarında sterilizasiya prosesində istifadə edirik. Görün nə dərəcədə insan bədəninə, orqanizminə zərərli ola bilər.

Günəşin A ultrabənövşəyi şüası bədən dərisini susuzlaşdırır, qırışıqlıqları artırır. B və S şüaları isə dəri xərçənginin yaranmasına qədər gətirib çıxara bilir. Dəridə müxtəlif dermatoloji problemlər, piqmentasiyalar, ləkələr məhz B ultrabənövşəyi şüalarından yaranır. Ən qorxulusu isə dəri xərçəngidir ki, qeyd edilən saatlardan kənar Günəş altında qaldıqda bu xəstəliyə də tutulmaq olar. Son vaxtlar dəri xərçənginin yaranmasına da tez-tez rast gəlinir”.

Tacxeber.com

Oxşar xəbərlər

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor