Dünya

ABŞ və Kanada “Titanik”ə gedən turistlər üçün axtarışları gücləndirib

 

Kanada Sahil Mühafizəsinin gəmisi və təyyarəsi batiskayla “Titanik”in qalıqlarına baxmağa gedərkən əlaqənin kəsildiyi “American OceanGate Expeditions” sualtı gəmisinin axtarışlarına qoşulub.

Tacxəbər APA-ya istinadən xəbər verir ki,  bu barədə bazar ertəsi “Toronto Star” nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, axtarış əməliyyatına ABŞ Sahil Mühafizəsi rəhbərlik edir, çünki Atlantik okeanının bu ərazisi ABŞ-ın yurisdiksiyasındadır.

Amerikalılar daha sonra Kanada tərəfdən kömək istəyiblər, bundan sonra xilasedici təyyarə və Kopit Hopson 1752 gəmisi axtarış bölgəsinə göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiyada iki böyük müəssisəyə zərbə endirib

redaktor

Marqus Tsaxkna: “Estoniyanın Azərbaycandan öyrənəcəyi çox şey var”

redaktor

Kim Çen In həyat yoldaşı ilə Bakı doğumlu Larisa Dolinanın konsertində olub

admin