19 C
Bakı
08 Oktyabr 2026 07:11
Siyasət

Boris Conson deputatlıqdan istefa verib

 

Boris Conson deputatlıqdan istefa verdiyini açıqlayıb.

Tacxeber.com keçmiş baş nazir deyib ki, o, koronavirus pandemiyası zamanı karantin rejimini pozması ilə bağlı deputatlara yalan danışıb-danışmadığını araşdıran komissiyadan məktub alıb.

“Məni parlamentdən çıxarmaq üçün mənə qarşı proseslərdən istifadə etməkdə qərarlı olmaqları məni çox təəccübləndirib”, – deyə keçmiş baş nazir bildirib.

Buna görə də o, Aksbric və Cənubi Rayslip dairəsinin deputatlığından istefa verdiyini bildirib.

“Mən öz gözəl seçki dairəmi tərk etdiyim üçün çox təəssüflənirəm. Onlara həm mer, həm də deputat kimi xidmət etmək böyük şərəf olub”,- deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Məkkə İttifaqı

redaktor

Britaniya və Fransanın “nüvə çətiri”

redaktor

Zelenski Hindistanı Ukraynanın təhlükəsizlik zəmanətçiləri sırasında görmək istəyir

redaktor