Cəmiyyət

Talıbovların bankının yeni sahibləri bəlli oldu

 

“Naxçıvan Bank” ASC-nin yeni səhmdarlarının adları məlum olub.

Tacxeber.com-ın məlumatına görə, 2023-cü il fevralın 1-də bankın bütün səhmləri satılıb və səhmdarların hazırkı iştirak payı Məmmədov Hüseyn Yaşar oğlu – 63,66%, Məmmədov Rüfət Əhədağa oğlu – 26,52%, Novruzov Binnət Yasin oğlu – 9,82%-dir.

Bundan əvvəl bankın səhmdarları Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğulları 63,66% payla Rza Talıbov və 20,48% payla Seymur Talıbov, 9,82% payla qızı Baharxanım Talıbova, 6,04% payla xanımı Sevil Sultanova olub.

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Şöhrət azarı…

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor