19 C
Bakı
08 Oktyabr 2026 05:00
DünyaGündəm

Vardanyanın xülyası… – “Laçın” NBM-dən YENİ VİDEO

 

Laçın sərhəd-keçid məntəqəsində çəkilmiş yeni video yayılıb.

Tacxeber.com xəbər verir ki, dünən Ruben Vardanyan bu sərhəd-keçid məntəqəsindən heç vaxt istifadə etməyəcəkləri barədə nağıllar danışırdı.

Bu gün kadrlardan da görünür ki, onlar “ümidsiz müqavimət göstərir”, “sona qədər döyüşməyə hazırdır” sərhədçilərimizin qarşısında pasport yoxlaması üçün növbəyə durur.

Qeyd edək ki, Vardanyan “Heç bir formatda artsaxın Azərbaycanın bir hissəsi olması ehtimalını görmürəm”, “Bizim xalqımız boş sözlərə inanmır və müstəqil olmaq hüququ uğrunda mübarizəyə hazırdır” kimi fikirlər səsləndirmişdi.

Laçın NBM-ində bütün günü “xalqımız” adlandırdığı, əslində isə bir ovuc kəndli Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının göstərişlərinə əməl edir: Geri çəkil, kameraya bax… Kim döyüşməyə hazırdır?.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor