23.2 C
Bakı
15 İyun 2026 13:48
Dünya

Türkiyədəki “Azov” hərbçilərinin görüntüləri yayıldı

 

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Türkiyədə qalan “Azov” komandirləri ilə görüşüb.

Tacxeber.com xəbər verir ki, Stefançuk komandirlərlə olan fotosunu özünün Feysbuk səhifəsində paylaşıb.

Spiker bildirib ki, döyüşçülərlə Ukrayna Prezidenti Vladimir Zelenskinin tapşırığı ilə görüşüb.

Fotoda “Azov” komandiri Denis Prokopenko, müavini Svyatoslav Ponomar, 36-cı əlahiddə dəniz piyadaları briqadasının komandir vəzifəsini yerinə yetirən Sergey Volınski, Ukrayna Milli Qvardiyasının döyüşçüləri Oleq Xomenko və Denis Şleqa yer alıb.

Qeyd edək ki, ötən il Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsirlərin dəyişdirilməsi proseduru zamanı Ukrayna ilə Rusiya arasında əldə olunan razılaşmaya əsasən, bir sıra ukraynalı zabit müharibənin sonuna kimi İstanbulda saxlanılmalı idilər.

Tacxeber.com

Oxşar xəbərlər

Naməlum beyin xəstəliyi kütləvi şəkildə yayılır

redaktor

“Əli Xameneyi müştehid deyil”-Qum, Məşhəd və Tehranın dini universitetlərinin tələbələri bəyanat yaydı

admin

Şahzadə Harri Trampdan qaçmaq üçün Portuqaliyada ev aldı

redaktor