Hadisə

“TikTok”da videoları ilə gündəmə düşən gənc qəzada vəfat etdi

 

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

Tacxeber.com Avtosfer.az-a isitnadən xəbər verir ki, 30 may tarxində baş verən qəzanın əsas səbəbinin yüksək sürtə həddi olduğu bildirilir.

Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, “Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza qurbanına çevrilən Rüstəm adlı gənc “TikTok” hesabında yol-hərəkəti qaydalarına zidd, avtoxuliqanlığı nümayiş etdirən videolar paylaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Araz Musayevi vuran iki özbəkəsilli şəxslər Rusiyaya qaçarkən saxlanıldılar.

admin

Rəşad Dağlının oğlu: Atamı tələyə saldılar

redaktor

Məşhur MMA döyüşçüsü Hüseynə görə döyülübmüş

admin