19 C
Bakı
11 Sentyabr 2026 05:20
Mədəniyyət

Rəhman Rəhmanov əməliyyat olundu

 

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Tacxeber.com xəbər verir ki, bununla bağlı sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib.

Səhhətində uroloji problem yarandığı üçün aktyor özəl tibb müəssisələrin birində təcili əməliyyata qərar verdiyini açıqlayıb:

“Bu əməliyyat mənim üçün möcüzə oldu. Srağagün əməliyyat olundum. Dünən xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu əməliyyat heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları əməliyyatdan sonra mənə verdilər. O daşları özümlə evə aparıb pilləkən tikəcəyəm. Pilləkən tikməyə pulum çatmırdı (gülür). Ağrı nədir, bilmədim. Əməliyyatdan sonra gecə çox gözəl yatdım”.

Tacxeber.com

Oxşar xəbərlər

Kamançanı da standartlaşdırdıq: dövlətin növbəti “böyük problemi” həll olundu

redaktor

Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir?

redaktor

Şəfiqə xanım, siz tarixsiniz – kreslo davası ilə yox, möhtəşəm rollarınızla yadda qalın!

redaktor