13 C
Bakı
04 Oktyabr 2026 07:05
Hadisə

Polkovnik-leytenant intihar etdi – FOTO

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Dubay–Təl-Əviv reysi: Terror cəhdi hekayəsində cavabsız qalan suallar

redaktor

Nəsimi Musayev hadisəsi: Psixoloji böhran ehtimalı araşdırılmalıdır

redaktor

Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, yerli sakini yaralamaqda şübhəli bilinir

admin