Hadisə

Polkovnik-leytenant intihar etdi – FOTO

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Qazinin tələbə qızı dəm qazından boğulub öldü – FOTO

redaktor

MOSSAD-ın Tehranda məhv etdiyi SEPAH üzvü…

admin

Bu ağlasığmazdır, belə göstəriş yalnız bizdə ola bilər

admin