24.5 C
Bakı
09 İyun 2026 17:47
Hadisə

Xankəndidə güclü partlayış – FOTOLAR

 

Mayın 27-də Azərbaycanın müvəqqəti(!) olaraq Rusiyanın “süllhməramlı” kontingentinin nəzarətində qalan və  1991-ci ildə qondarılmış separatçı-terrorçu rejimin hələ də fəaliyyət göstərdiyi Xankəndi şəhərində güclü partlayış baş verib.

Moderator.az xəbər verir ki, separatçı nəşrləriin yaydığı məlumata görə, həmin gün saat 14:31-də  qanunsuz “fövqəladə hallar xidməti”nə Ə. Arakelyan küçəsi 1 ünvanında yerləşən qarajda partlayış baş verməsi haqda məlumat daxil olub.

“Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər  paytaxtın sakini G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıblar.

Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan “VAZ 21-06” və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib”, – deyə məlumatda bildirilir.

 

Oxşar xəbərlər

”Elgün İbrahimov qəddarcasına döyülərək öldürülüb”

admin

Rusiya gəmisi Oxot dənizində yanır

redaktor

Bakıda küçə ticarəti ilə məşğul olan şəxs özünü yandırmağa cəhd etdi – VİDEO

redaktor