GündəmSiyasət

Türkiyə yeni prezidentini seçir: O, böyük fərqlə qalib gələcək – Ən son sorğunun nəticələri

Türkiyə yeni prezidentini seçir: O, böyük fərqlə qalib gələcək - Ən son sorğunun nəticələri 

 

Sabah Türkiyədə prezident seçkilərin ikinci turu keçiriləcək. Namizədlərdən kimin qalib gələcəyi təkcə qardaş ölkədə deyil, eləcə də dünyanın bir çox yerində maraqla gözlənilir.

Tacxeber.comxəbər verir ki, nüfuzlu sorğu mərkəzləri ard-arda hansı namizədin prezident seçiləcəyi ilə bağlı öz qənaətlərini bölüşürlər.

“Betimar Araşdırma Mərkəzi”nin son sorğusu da Türkiyədə maraqla qarşılanıb. Belə ki, sorğunun nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın seçicilərin 52,19%-nin qazanacağı ehtimal edilir. CHP sədri Kemal Kılıçdaroğlunun isə elektoratların 47,81% səslərini toplayacağı ehtimal edilir. Səs nisbətinin birincinin xeyrinə daha da artacağı gözlənilir.

Xatırladaq ki, prezident seçkilərinin birinci turunda prezident R.T.Ərdoğan seçicilərin 49,52%-ni toplamışdısa, onun əsas rəqibi K.Kılıçdaroğlu 44,88% səslə ikinci olmuşdu. “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan isə elektoratların 5,17% səsinə yiyələnmişdi.

Namizədlikdən çəkilən “Memleket” Partiyasının sədri Muharrem İnce isə 0,43% səslə sonuncu olmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi

redaktor

“İstəyirlər ki, dünya əhalisinin sayını 7 milyarddan 1 milyarda salsınlar…”-Meymunçiçəyi xəstəliyini qəsdən yayırlar-İDDİA+ÖZƏL

redaktor

SOS: İçməli su qıtlığı yaranır, çayların suyu iki dəfə azalıb – Professor

admin