Hadisə

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs ailəli imiş – VİDEO

 

Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.

Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.

Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib:

“Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.

Daha ətraflı Baku TV-nin süjetində:

 Tacxeber.com

Oxşar xəbərlər

Bakı Yerevandakı Göy məsciddə keçirilən tədbiri “təxribat” adlandırıb

admin

General Natiq Əliyevin qızı saxlanıldı

redaktor

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə iki texniki işçi qrupu yaradıblar

admin