26 C
Bakı
27 Sentyabr 2026 12:20
Hadisə

Rusiyada “Qurani-Kərim”i yandıran şəxs saxlanılıb, cinayət işi açılıb

 

Rusiya İstintaq Komitəsi Volqoqrad şəhərində “Qurani-Kərim” kitabını yandırmaqda şübhəli bilinən şəxsə qarşı cinayət işi açıb.

Bu barədə qurumun saytında məlumat verilib.

Qeyd olunub ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi əsasında (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törədilən ictimai hərəkətlər) cinayət törətməkdə şübhəli bilinən yerli sakin Nikita Juravel saxlanılıb.

Qeyd olunub ki, cinayətkar şəhərin Cümə məscidi yaxınlığında bütün müsəlmanlar üçün müqəddəs kitabı yandırıb./Report

Oxşar xəbərlər

Qazaxstanda bu gün matəm elan edilib

redaktor

ABŞ-da prezidentə qarşı media boykotu

admin

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin