21.6 C
Bakı
28 İyun 2026 10:35
Şou

Nadir: “Bizi küncə qoyub, üzümüz divar tərəfə, bir ayaq üstə saxlayırdılar”

 

“İxtisasım müəllimlikdir, opera və vokal müğənnisi.  Amma müəllimlik etməyə hövsələm yoxdur. Əvvələr tələbələr sözəbaxan idi. Fikirləri telefonda, bulvarda, “Torqovı”da deyildi”.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Məktəb illərində müəllimi tərəfindən “şapalaq”landığını etiraf edən sənətçi bildirib ki, indi müəllimlər şagirdləri tənbeh edəndə valideynlər üsyan edir:

“Yadıma gəlir ki, orta məktəbdə oxuyanda nadinclik edirdim, müəllimim mənə şapalaq vururdu. Demirəm ki, şapalaq lazımdir, amma bu kimi hallar olurdu.  Bunu da etiraf edirəm. Amma o şapalaqdan biz nəticə çıxarırdıq ki, gələn səfər şapalaq almayaq. Ya da bizi küncə qoyub, üzümüz divar tərəfə, bir ayaq üstə saxlayırdılar.

Bunlar hamımızın başına gəlib. Anama gəlib deyirdim ki, müəllim məni vurub. O isə cavab olaraq söyləyirdi ki, “Yaxşı edib. Özünü yaxşı aparardın, səni vurmayaydı”. Amma indi valideyn deyir ki, “Hardadır səni döyən müəllim? Ona bilirsən nələr edərəm? Uşaq da baxır ki, anam arxamda durub, ondan betərini edəcəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Arvadını başqa kişi ilə tutdu, amma onu bağışladı – Həyatından xəyanət keçən məşhurlarımız

admin

Flora Kərimova ilə Afət Fərmanqızı barışıb? – Yeni xəbər

redaktor

“Əməliyyata girməliyəm, sağ-salamat çıxım…” – Azərin səs yazısı – VİDEO

redaktor