16 C
Bakı
30 Oktyabr 2026 03:20
Cəmiyyət

Xuraman Şuşalı: “Anam başından qəlpə yarası aldığı üçün səhhəti pis idi” – VİDEO

 

Müğənni Xuraman Şuşalı Şuşa ilə bağlı xatirələrini bölüşüb.

Sənətçi 8 yaşından yurdundan köçdüyünü deyib və ailəsinin ondan sonra dağıldığını bildirib:

“Ailəmizin ən xoşbəxt günləri Şuşada olub. Şuşadan sonuncu gün çıxdıq. Ən gözəl xatirələrim orada olub. Sonra ailəmiz paramparça oldu. Atam Şuşadan çıxanda yaralandı, 3 il yataq xəstəsi oldu. Anam başından qəlpə yarası aldığı üçün səhhəti pis idi. Bacım xalamgildə qaldı. Mən başqa xalamın evində idim. Ailə tablosu dağıldı.

Şuşa azad olunanda evin ortasında dayanmışdım, anamı və atamı səsləmək istəyirəm. Amma onlar yoxdur… Ağlayırdım, uşaqlarımı qucaqlayırdım”.

 Tacxeber.com

Oxşar xəbərlər

Şikayətlər azalmaq əvəzinə ildən-ilə artır

redaktor

Nə əkmisinizsə, onu da biçirsiniz

redaktor

Təhsilin acı mənzərəsi: Emin Əmrullayev Prezidentə məruzə olunmalıdır

redaktor