23.7 C
Bakı
09 İyun 2026 20:31
Cəmiyyət

Parollar tarixə qovuşur – VİDEO

 

Sosial şəbəkə hesablarına girişin təhlükəsizliyi üçün parollar vacib addımlardan biridir. Lakin onları yadda saxlamaq bezdiricidir və yanlış əllərə keçmə riski hər zaman mövcuddur.

Bu səbəbdən nəhəng texnologiya şirkətləri uzun müddətdir ki, alternativ yol axtarışında idi. Belə bir imkanı “Google” təqdim edib. Şirkət keçid açarlarından istifadə edərək müxtəlif hesablardan daxil olma imkanını təqdim edib.

Bu addım gözlənildiyi kimi uğurlu olarsa, parolları həyatımızdan tamamilə siləcək təhlükəsiz yol yaradılacaq.

Keçid açarları smartfonun kilidini açdığınız kimi proqramlara və veb-saytlara daxil olmağı mümkün edir. Yəni barmaq izini skanerləməklə, sifəti müəyyən etməklə və ya ekrana PİN kodu daxil etməklə giriş mümkün olacaq. Qeyd edək ki, şifrə açarları birdəfəlik SMS doğrulama kodlarından daha təhlükəsizdir.

Nəticədə qeyri-müəyyən hərflər, rəqəmlər və durğu işarələrini yadda saxlamağa ehtiyac qalmır.

 Tacxeber.com

Oxşar xəbərlər

Hacı Qalib: “Əmimin 6 arvadı var idi, xəbər tutdu ki, arvadın biri ərə gedib…”

redaktor

Cavanşir Feyziyev bu vəzifədən kənarllaşdırıldı.

admin

“Laser Beauty Clinic”in lisenziyası dayandırıldı

redaktor