Hadisə

1 kq marixuanaya görə edam edildi

 

Sinqapurda 1 kq marixuana qaçaqmalçılığı işi üzrə ölüm cəzasına məhkum edilən Tanqaraju Suppiyan bu gün edam edilib.

Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, bu barədə Sinqapur həbsxana xidmətindən açıqlama verilib.

 Belə ki, 46 yaşlı məhbus səhər saatlarında Çanqi həbsxanasında edam edilib.

Ölüm hökmünə qarşı çıxan fəallar Suppiyanın ölümündən sonra anım mərasimi keçiriblər.

Qeyd edək ki, Sinqapur vətəndaşı Tanqaraju Suppiyan 2014-cü ildə Malayziyadan Sinqapura qaçaqmalçılıq yolu ilə 1 kq narkotik keçirməyə cəhd etdiyinə görə saxlanılıb.

Suppiyan 2017-ci ildə məhkəmə tərəfindən təqsirli bilinib və 2018-ci ildə ölüm cəzasına məhkum edilib.

Dünyanın ən sərt anti-narkotik qanunlarından birinə malik olan Sinqapurda Tanqaraju Suppiyanın edamı bu il ilk edam olub.

Keçən il isə ölkəyə 43 qram heroin keçirməyə cəhd edən əqli cəhətdən qüsurlu Malayziyalı narkotik qaçaqmalçısı Naqaentran Dharmalinqam edam edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı

redaktor

Səhnəmiz daha bir aktyoru itirdi- FOTO

redaktor

HƏMAS komandiri belə VURULDU – ANBAAN VİDEO

redaktor