12 C
Bakı
28 Mart 2026 20:41
Cəmiyyət

“AzDrama”dan çaqqal səsləri gəlir”

 

“Bəzi çaqqal səsləri gəlir “drama”dan… Çaqqalın işi ulamaqdır… Unutmayın!”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov sosial şəbəkə hesabında yazıb. Aktyorun sözləri müzakirələrə səbəb olub.

Onun sözlərinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir neçə aktyor da dəstək olub.

Aktyor Elçin Əfəndi “Çaqqalların səsinin kəsilməsi canavarların başını qaldırmasına qədərdir” deyə, cavab verib.

F.Hüseynovun paylaşımına “əla” işarəsi qoyanlardan biri də aktyor Mətləb Abdullayev olub.

Qeyd edək ki, AzDrama-nın direktoru, Xalq artisti Azər Paşa Nemətov bir neçə gün əvvəl vəfat edib. Onun ölümündən sonra bir neçə aktyor mərhumun ünvanına qalmaqallı statuslar paylaşıb. Elçin Əfəndi isə feysbukda status paylaşaraq, həmin şəxsləri tənqid edib.

 Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İsraili dəstəkləyən ölkənin liderinə zəng vurub, hədələdi

redaktor

Bakıda tragikomik HADİSƏ – Taksini özü sürdü, yatan sürücünü ayıq sürücü ilə yola saldı – FOTO

redaktor

Sayğac yenilənəndən dörd ay sonra abonentə 518 manat cərimə borcu gəldi – VİDEO

redaktor