22.6 C
Bakı
29 İyun 2026 08:20
CəmiyyətDünyaSiyasət

Ərdoğan İsraili dəstəkləyən ölkənin liderinə zəng vurub, hədələdi

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.

Tacxeber.com xəbər verir ki, Rabitə Müdirliyindən verilən məlumata görə, görüş zamanı İsrail və İran arasındakı münaqişə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan İranla nüvə mübahisələrinin həllinin yolunun danışıqlar masasından keçdiyini və İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesinin regional təhlükəsizliyə təhdidləri ən yüksək səviyyəyə çatdırdığını bildirib.

İsrailin hücumları nəticəsində yaranan zorakılıq spiralının nəticələrinin miqrasiya və nüvə sızması ehtimalı baxımından bölgəyə və Avropaya zərər verə biləcəyini ifadə edən Ərdoğan Türkiyənin münaqişənin sona çatması və sakitliyin təmin edilməsi üçün səylər göstərdiyini və bu səylərin davam edəcəyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kiçik sərmayə ilə “Bitcoin” milyonçusu olmaq…

admin

Putin daha 133 min nəfərin orduya çağırılması haqqında fərman imzalayıb

admin

İran Xameneinin hərbi dəftərxanasının rəhbərinin öldürüldüyünü TƏSDİQLƏDİ

redaktor