22.6 C
Bakı
29 İyun 2026 08:58
Cəmiyyət

“AzDrama”dan çaqqal səsləri gəlir”

 

“Bəzi çaqqal səsləri gəlir “drama”dan… Çaqqalın işi ulamaqdır… Unutmayın!”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov sosial şəbəkə hesabında yazıb. Aktyorun sözləri müzakirələrə səbəb olub.

Onun sözlərinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir neçə aktyor da dəstək olub.

Aktyor Elçin Əfəndi “Çaqqalların səsinin kəsilməsi canavarların başını qaldırmasına qədərdir” deyə, cavab verib.

F.Hüseynovun paylaşımına “əla” işarəsi qoyanlardan biri də aktyor Mətləb Abdullayev olub.

Qeyd edək ki, AzDrama-nın direktoru, Xalq artisti Azər Paşa Nemətov bir neçə gün əvvəl vəfat edib. Onun ölümündən sonra bir neçə aktyor mərhumun ünvanına qalmaqallı statuslar paylaşıb. Elçin Əfəndi isə feysbukda status paylaşaraq, həmin şəxsləri tənqid edib.

 Tacxeber.com

Oxşar xəbərlər

“Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi.

admin

“İddialara görə, hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar” – İcra başçısı

redaktor

Azərbaycanda su qıtlığı gözlənilir? – AÇIQLAMA

redaktor