10 C
Bakı
27 Mart 2026 16:04
Cəmiyyət

“AzDrama”dan çaqqal səsləri gəlir”

 

“Bəzi çaqqal səsləri gəlir “drama”dan… Çaqqalın işi ulamaqdır… Unutmayın!”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov sosial şəbəkə hesabında yazıb. Aktyorun sözləri müzakirələrə səbəb olub.

Onun sözlərinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir neçə aktyor da dəstək olub.

Aktyor Elçin Əfəndi “Çaqqalların səsinin kəsilməsi canavarların başını qaldırmasına qədərdir” deyə, cavab verib.

F.Hüseynovun paylaşımına “əla” işarəsi qoyanlardan biri də aktyor Mətləb Abdullayev olub.

Qeyd edək ki, AzDrama-nın direktoru, Xalq artisti Azər Paşa Nemətov bir neçə gün əvvəl vəfat edib. Onun ölümündən sonra bir neçə aktyor mərhumun ünvanına qalmaqallı statuslar paylaşıb. Elçin Əfəndi isə feysbukda status paylaşaraq, həmin şəxsləri tənqid edib.

 Tacxeber.com

Oxşar xəbərlər

Nuradan ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

redaktor

“Onlar nənələrin ərə getməsi, baboşlarla, mamoşlarla böyüməyib” – Kamran Həsənli

redaktor

Xamenei 3458 məhkumu əfv etdi

redaktor