19 C
Bakı
01 Oktyabr 2026 10:46
Hadisə

Qayınanasının gəlişini öyrənən kürəkən gölməçədə boğuldu

 

Moskvada qayınanasının gəlişi ilə bağlı həyat yoldaşı ilə mübahisə edən kişi gölməçədə boğulub.

Aprelin 15-də arvadı kişinin itkin düşməsi səbəbindən polisə müraciət edib. Qadın bildirib ki, bir gün əvvəl əri ilə aralarında münaqişə yaranıb. Qayınanasının Pasxa bayramında qızının evinə gələcəyini eşidən kürəkən qalmaqal yaradıb və evi tərk edib.

Qadını əri ilə əlaqə saxlaya bilməməsi narahat edib. Belə ki, əvvəllər mübahisələrdən sonra belə kişi həmişə onun zənglərinə cavab verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları moskvalının boş vaxtlarını keçirməyi xoşladığı Borisov gölməçələrinə gediblər. Məlum olub ki, həmin şəxs itkin düşdüyü axşam Tsaritsıno Muzey-Qoruğuna gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları orada onun pencəyini tapıblar. Tezliklə dalğıclar yerli gölməçələrdən birinin dibində 43 yaşlı moskvalının cəsədini aşkar ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin