Cəmiyyət

“Aktyorlar üçün qəbiristanlıq yaradılsın” – Afaq Bəşirqızı

 

“Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “ATV səhər”ə açıqlamasında deyib. Aktrisa Rusiyada olan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:

“Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər”.

Qeyd edək ki, A.Bəşirqızı təklifi bir neçə gün əvvəl keçirilən Teatr Forumunda da edib.

Tacxeber.com

Oxşar xəbərlər

Pensiyaçı Sahil Babayevin elan etdiyi artımdan razı ola bilərmi?

redaktor

Prezidentin şəkli şahiddir ki…

admin

Hicab və digər adi dini qaydalardan radikal islamın, ekstremizmin sui-istifadə planları…

redaktor