23.2 C
Bakı
15 İyun 2026 14:13
Cəmiyyət

FHN-də icra başçısının oğullarından biri işdən çıxarıldı, digəri vəzifədə yüksəliş gözləyir – FOTO

 

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Fövqəladə Hallar Nazirliyində vəzifədə çalışan iki oğlundan biri vəzifəsindən azad olunub.

“Qaynarinfo” xəbər verir ki, uzun müddətdir işə çıxmayan Samir Qaraşov FHN-in Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Nəzarət-Təftiş İdarəsinin rəisi, polkovnik Qəşəm Məmmədovun əmri ilə icra başçısının digər oğlu – Seymur Qaraşovun rəis müavini olduğu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yoxlamalar aparılır.

378627

Yaxın vaxtlarda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət general-mayoru Rüfət Fərhadovun vəzifəsindən azad olunacağı gözlənilir.

Ehtimal edilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov general-mayorun yerinə polkovnik Seymur Qaraşovu təyin edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Sevinc və kədər ili: Azərbaycanın tarix yazması, günlərlə danışılan rezonans olaylar – 2023 belə oldu

redaktor

Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA

redaktor

“Dedi ki, saxlanıldığı kamerada istilik sistemi partlayıb, suyun içərisindədir”

admin