Dünya

ABŞ alimləri bioloji yaşı azaltmağın yolunu tapdı

 

Metilasiyanı dəstəkləyən pəhriz və idman insanın bioloji yaşını səkkiz həftəyə qədər azalda bilər.

Tacxeber.com xəbər verir ki, bu sözləri Funksional Tibb İnstitutunun amerikalı alimləri bildirib. Onların araşdırması “Aging” jurnalında dərc olunub.

Araşdırmada 50-72 yaş arası kişilər iştirak edib. Onlar səkkiz həftə ərzində metilasiyanı, DNT molekulunun dəyişdirilməsi prosesini dəstəkləyən pəhriz saxlayıb. Bu, fol turşusu, betain, A və C vitaminləri ilə zəngin qidalar yeməkdən ibarət meynu olub. Bundan əlavə, tədqiqat iştirakçılarına yuxu rejimi və zəruri fiziki fəaliyyətlə bağlı məsləhətlər verilib.

Bioloji yaş qan nümunələrindən istifadə etməklə Horvath DNAmAge metodu ilə qiymətləndirilib. Nəticədə məlum olub ki, adi rejimdə yaşayan insanlarla müqayisədə araşdırma iştirakçılarının bioloji yaşı azalıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusunun mətbuat katibinin gecə həyatı – VİDEO

redaktor

“Qərb ölkələri İsraili qoruduğu kimi, Ukraynanı da qoruya bilər” – Zelenski

redaktor

ABŞ telekanalında biabırçı səhv: Kiyev Rusiya ərazisi kimi təqdim edildi

redaktor