19 C
Bakı
23 İyun 2025 23:42
Hadisə

“Mənə güllə atan anasına da, atasına da güllə atar”

 

“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər”.

Tacxeber.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sui-qəsdə uğraması ilə bağlı Real TV-nin suallarını cavablandırarkən deyib.

“Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İran İslam Respublikasındakı rejimin süqut baş verəcəkmi?

admin

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetməyə görün nə etdilər

redaktor

Quranı yandıran iraqlı Norveçdə ölü tapıldı

redaktor