20 C
Bakı
16 İyun 2025 22:25
Hadisə

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında mübahisə – VİDEO

 

Bakıda taksi xidmətindən istifadə edən qadın narazıdır.

Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, buna səbəb sürücünün yol boyu telefondan istifadə etməsidir.

Hadisə ötən gün, Nərimanov rayonundan Tbilisi prospektinə gedən yolda qeydə alınıb.

Belə ki, sürücü maşını idarə edərkən paralel olaraq “WhatsApp” sosial şəbəkəsində mesajlaşıb. Onun bu hərəkətinə öz iradını bildirən xanım sərnişinə isə kobud şəkildə cavab verib. Nəticədə sürücü və sərnişin arasında mübahisə yaranıb.

Şübhəsiz ki, sürücü bu əməli ilə həm özünün və sərnişinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

Braziliyada şəhər meri iş yerində güllələnib

redaktor

Dünyanın ən maraqlı və qorxulu genetik pozğunluqları

admin

Sumqayıtda müəllim uşaqları qamçı ilə döydü – ANBAAN VİDEO

redaktor