29 C
Bakı
28 İyul 2026 19:13
Hadisə

Bakıda şagird “2” aldığı üçün özünü binadan atıb? – VİDEO

 

Bakıdakı orta məktəblərin birində şagirdin özünü 3-cü mərtəbədən atdığı iddia olunur. Sosial şəbəkədə yayılan videogörüntüdə 22 nömrəli məktəbin idman müəllimi Müşviq Əliyev iddia edir ki, martın 30-u 9-cu sinif şagirdi Məhəmməd Bəhlulov nəzarətsiz şəraitdə yıxılıb.

Tacxeber.com xəbər verir ki, Müşfiq Əliyev iddia edir ki, şagird Məhəmməd Bəhlulov 2 qiymət aldığı üçün özünü pilləkəndan atıb.

Məsələ ilə bağlı 9-cu sinif şagirdi Məhəmməd Bəhlulovun atası Növruz Bəhlulov “Xəzər Xəbər”ə bildirib ki, övladının tərbiyəsi və dərsə davamiyyəti ilə bağlı bu günə kimi heç bir şikayət olmayıb. O, iddianın əsassız olduğunu deyib.

Baş verən hadisəyə 22 nömrəli məktəbin direktor müavini Novruz İsmayılov da aydınlıq gətirib. Novruz İsmayılov qeyd edib ki, Məhəmməd Bəhlulov idman dərsində futbol oynayan zaman zədə alıb və dərhal təcili tibii yardım çağırılıb. O, Sabunçu Rayon Xəstəxanasına aparılıb.

Müşfiq Əliyevin 10-11 sinif şagirdlərinə kütləvi olaraq direktorun sifarişi ilə aşağı qiymət yazıldığı iddiasına isə məktəbin digər müəllimi Araz Şamilov jurnalı göstərərk aydınlıq gətirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Həkimdən MRT istəyimə cavab: ‘Xoruz banlamırdı, səhər açılmırdı?’”

admin

“Dünyanın damı”nda yaşanan dəhşət: gizlədilən ölümlər, 20 illik sükut…

admin

Həbsxanada jurnalistin səhhəti çox ağırlaşıb

redaktor