37 C
Bakı
13 İyul 2025 15:17
Gündəmİdman

Dünya çempionu Ermənistan üçün döyüşməkdən imtina edib

 

Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.

Tacxeber.com xəbər verir ki, bu barədə gənclər arasında 2022-ci il dünya çempionatının qalibi olmuş idmançı mətbuat konfransında açıqlama verib.

O bildirib ki, dövlət orqanlarının biganəliyi səbəbindən bu addımı atıb: “Dünya və Avropa çempionatlarında qazandığı qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər”.

İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.

Boksçu, həmçinin, ötən ilin sonunda qələbələrə görə ona birdəfəlik 4,6 milyon dram ödədiyini açıqlayan idman nazirliyinin nümayəndələrini yalan danışmaqda ittiham edib.

Tacxeber.com

Oxşar xəbərlər

Qardaşından Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA

admin

Moskvanın lap mərkəzində üzərində Putinə söyüş yazılmış plakat qaldırıldı…-FOTO

admin

Ramazandan sonra orqanizmin özünə gəlməsi üçün nə qədər vaxt lazımdır? – Bayramdan sonrakı qidalanma

redaktor