26 C
Bakı
13 Avqust 2025 00:18
Dünya

Dördqat dünya çempionu müharibədə həlak oldu

 

Ukraynanın kikboksinq üzrə dördqat dünya çempionu Vitali Merinov Rusiya ilə müharibədə həlak olub.

Tacxeber.comxəbər verir ki, bu məlumatı İvano-Frankovsk şəhərinin meri Ruslan Martsinkiv Ukrayna mətbuatına verib.

Merin dediyinə görə, 33 yaşlı idmançı martın 30-dan 31-nə keçən gecə, cəbhədə aldığı güllə yarasından sonra xəstəxanada vəfat edib.

Merinov müharibənin ilk günlərindən döyüş bölgəsinə yollanıb.

Mərhum idmançı universal döyüş növləri üzrə Ukrayna çempionu və boks üzrə idman ustası idi.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Tacxeber.com

Oxşar xəbərlər

Uşaq yuxulu halda əlində planşet varmış kimi davranaraq ağladı – VİDEO

redaktor

İsrailin raketləri İranda zəlzələ yarada bilərmi? – Açıqlama

redaktor

Böyük Razılaşma: Rusiya ya təslim olacaq, ya da… – Markov

redaktor