30 C
Bakı
10 Avqust 2025 21:50
Siyasət

“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq”

 

Türkiyədə müxalifət hakimiyyətə gələrsə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq.

Tacxeber.com xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Türkiyənin sabiq Ekologiya və Şəhərsalma nazirinin müavini, AKP-nin xarici içlər üzrə sədr müavini Mehmet Ceylan bildirib.

Onun sözlərinə görə, əgər Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq. Təbii ki, Türkiyə milləti hər zaman qardaşının yanındadır. Amma hökumət əlaqələri baxımından Türkiyə Azərbaycan münasibətləri AKP hakimiyyətinin dönəmindəki kimi olmayacaq. Azərbaycandakı seçicilərimizin buna diqqət etməsini tövsiyyə edirik.

M.Ceylan həmçinin qeyd edib ki, hazırda Türkiyə iqtidarı Azərbaycan üçün iki dövlət tək millət şüarı ilə hərəkət edir. Qardaş ölkə ilə münasibətlərimiz kulminasiya nöqtəsində olduğu bir dövrdə Azərbaycandakı vətəndaşlarımızdan AKP-yə səs vermələrini önəmlə xahiş edirik.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Bidzina İvanişviliyə sanksiyalar tətbiq etdi və Salome Zurabişvilini isə Trampın andiçmə mərasiminə dəvət etdi.

admin

Azərbaycana düşmən olan ABŞ rəsmisi bu gün Bakıya gəlir

admin

Vəkili: Kərimov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülüb .

admin