26 C
Bakı
28 Sentyabr 2026 15:55
GündəmHadisə

Bakıda bahalı nömrəli maşının sürücüsündən əxlaqsız hərəkət: Evli xanımlara sataşdı – VİDEO

 

Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs peyda olub.

Tacxeber.com xəbər verir ki, sözügedən şəxsin kimliyi hələlik məlum olmasa da, ancaq həmin adamın söz atdığı xanımlardan biri narahat edildiyi anın görüntülərini çəkə bilib.

Görüntülərdən də aydın olur ki, təqribən 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli “10-CV-010” dövlət nömrə nişanlı “Lexus” markalı avtomobili ilə Bakı Slavyan Universitetinin qarşısından keçən bir xanımın arxasınca düşərək, ona sataşıb.

Xanım isə arxasınca düşən şəxsə “ailəliyəm” deyərək, öz narahatlığını bildirib.

Daha sonra isə həmin şəxs arxasınca düşüb izlədiyi xanıma “mən evli olub ayrılmışam, bəs sənin ayrılmaq fikrin yoxdur?”, deyə sual verib.

Sözügedən görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

Tarix şahiddir: Azərbaycan hər zaman Türkiyənin yanında olub

redaktor

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Dövlətin etdiyinə baxın!

redaktor